Paraüzgüçülərimiz İngiltərədə 5 medal qazanıblar

post-img

Azərbaycan paraüzgüçüləri dünya çempio­natında 2-si qızıl, 1-i gümüş və 2-si bürünc ol­maqla 5 medal qazanıblar. 

İngiltərənin Mançester şəhərində keçirilən mundialda Roman Saley qızıl (100 metr məsafəyə sərbəst üsulla üzmə), gümüş (eyni məsafəyə arxa­sıüstə üzmə) və 2 bürünc (50 m məsafəyə sərbəst və 100 m məsafəyə “butterfly” üsulla üzmə) mü­kafata yiyələnib. Komandamızın digər üzvü Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qalib adına layiq görülüb. 

Roman Saley və Vəli İsrafilov Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına bir­başa lisenziya qazanıblar.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman