Nicat Abasov növbəti mərhələyə vəsiqə qazanıb

post-img

Bakıda təşkil edilən şahmat üzrə dün­ya kuboku yarışında III mərhələnin tay-brek görüşləri keçirilib. 

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov İspaniya təmsilçisi Hayme San­tosa, Rauf Məmmədov FIDE adından çıxış edən Yan Nepomnyaşiyə uduzaraq turnirlə vidalaşıblar. 

Ölkəmizin yarışda son təmsilçisi Nicat Abasov təcrübəli Aniş Girini üstələməklə növ­bəti mərhələyə vəsiqəni təmin edib. İlk rapid oyununda Aniş Giri qələbə qazansa da, Nicat Abasov ikinci oyunda hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıb 0,5-0,5; 0,5-0,5. Növbəti blits partiyaları həlledici olub. Birinci blits bərabərliklə yekunlaşsa da, növbəti oyun Nicat Abasovun qələ­bəsi ilə sona çatıb.

Bu gün dünya kubokunda istirahət günüdür. Avqustun 9-da Nicat Abasov FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman