“Xalq qəzeti” BELTA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva jurnalistlərə müsahibəsində bildirib.
O, qeyd edib ki, ilk Oyunlar daha çox gənclərə yönəlib: “İndi yarışın formatında dəyişikliklər olub, düşünürəm ki, biz eyni ruhda davam edəcəyik. MDB ölkələrinin III Oyunları Azərbaycanın paytaxtından sonra əhalinin ən sıx məskunlaşdığı ikinci şəhər olan Gəncədə təşkil ediləcək. Hazırda orada yeni müasir kompleks tikilir. Bölgələrdə belə möhtəşəm yarışların keçirilməsi ideyası çox xoşumuza gəldi. İştirakçı ölkələrin sayının artırılmasını müzakirə edəcəyik”. M.Vasileva bildirib ki, istənilən ölkə daha çox inkişaf etmiş idman növlərinə önəm verir. Oyunlarda əsas olimpiya idman növləri ilə yanaşı, bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə də diqqət yetiriləcək.
L.QURBANOVA, “Xalq qəzeti”

