42 dərəcə isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqus­tun 8-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qı­samüddətli az yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi əsəcək. Gecə 23-28°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq, nisbi rütubət gecə 70-80, gün­düz 40-50 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nar­daran, Bilgəh, Zaqulba) 26-27°, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. Azər­baycanın rayonlarında əsasən yağmursuz keçəcək. La­kin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış ya­ğacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya