Milyarderlər “Qəfəs döyüşü”ndə

post-img

İki məşhur milyarder - İlon Mask və Mark Zukerberq arasında qəfəs döyüşü olacaq. Milyonların səbirsizliklə gözlədiyi bu idman qarşıdurması X.com saytında yayımlanacaq. Onları döyüşə peşəkar məşqçilər hazırlayır. 

Mask paylaşımında bildirib ki, yarış­da əldə olunan bütün gəlirlər veteranlar üçün xeyriyyə işlərinə sərf olunacaq. Döyüşün nə vaxt olacağı barədə isə hələ dəqiq məlumat verilmir.

Mask, həmçinin vurğulayıb ki, dö­yüş əgər qısa olarsa, yəqin ki, qalib gələcək. Uzun müddət davam edərsə, daha dözümlü olan Markın üstün ola­cağı istisna edilmir.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya