Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.
Sərbəst güləş üzrə millimiz dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanıb. 84 xal toplayan yığmamız komanda hesabında 4-cü yeri tutub. Millimiz İran (156), ABŞ (126) və Yaponiyadan (106) geri qalıb.
Qeyd edək ki, komandamızın heyətində Yusif Dursunov (110 kq) dünya çempionu olub. Camal Abbasov (60 kq) isə üçüncü yeri tutub.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

