Premyer Liqada 97-ci ölkədən legioner

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasının I turu yeni legionerlərin debütü ilə əlamətdar olub. Onlardan üçü öz ölkəsinin Azərbaycan çempionatındakı ilk təmsilçisi kimi tarixə düşüb. 

Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər oyununda (4:1) sonradan meydana çıxıb. Macarıstanlı Mark Tamaş “Neftçi” forması ilə “Kəpəz”ə (0:1), lüksemburqlu Vinsent Til “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıb.

Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqada meydana çıxmamışdı. Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyinib. Üç yeni ölkə ilə bu rəqəm 97-yə yüksəlib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman