Atıcılıq üzrə “Bakı-2023”ün maskotu

post-img

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim edilib. Avqustun 14-dən sentyabrın 1-dək keçiriləcək 53-cü dünya çempionatının maskotu “Targy” seçilib. 

“Targy”nin kökündə ingiliscə “target”- “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntüləri­nin vəhdətindən yaranmış simvolları xarakterizə edir. 

Maskot çempionat iştirakçılarını “Hədəfini vur!” şüarı ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman