Yayda necə sərinləyək?

post-img

Terapevt Tamara İlinskayanın fikrincə, isti yay günlərində bədəni bəzi üsullarla tez soyutmaq istəsək də bu, orqanizmə zərər verir. Məsələn:

Soyuq duş. So­yuq su bədənə don­ma siqnalı verir, o, istilik buraxır. Eyni zamanda, qan da­marları daralır ki, istilik bədəni tərk etməsin. Nəticədə, hərarət daha da artır. Ən yaxşısı ilıq su ilə yuyunmaqdır.

Yağlı yeməklər və çox yemək. Temperatur 30 dərəcədən çox olarsa, ağır, yağlı qidalar bədəni yükləyir, həzm prosesi daha çox istilik yaradır.

Alkoqol qəbulu. Alkoqol istinin təsirindən genişlənən qan damarlarını daha da genişləndirir. Bu, huşunu itirmə ilə nəti­cələnə bilər.

Dondurma yemək. T.İlinskayanın fikrincə, isti havada don­durma və ya sərinləşdirici içki baş ağrısına səbəb olur, çünki da­marlar daralır və spazm yaranır.

Havalandırma. Yayda sərinlik məqsədilə otağı səhər və ax­şam havalandırmaq lazımdır. Günün isti vaxtı isə pəncərələri bağlı saxlamaq daha yaxşıdır. 

Dənizə getmək. Suya tələsik yox, yavaş-yavaş girmək la­zımdır. İlk addımda bədəni bir ovuc su ilə islatmaq məsləhətdir. Yoxsa, vücud isti, soyuq təzadından qıc ola bilər.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat