Oğlan basketbolçularımız da irəliləyirlər

post-img

16 yaşlı oğlanlardan ibarət basketbol millimiz Kosovonun paytaxtı Priştinada təşkil edilən Avropa çempionatının C divizionunda uğurlu çıxışını davam etdirir. 

Yığmamız B qrupundakı son oyunda San Marino seçməsinə 96:47 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. 

Basketbolçularımız finala gedən yolda Kosovo – Andorra cütünün məğlubu ilə gücünü sınayacaq. Növbəti oyun iyulun 26-da keçiriləcək.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman