Bakı Atıcılıq Mərkəzində təşkil olunan mətbuat konfransında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın yarışları götürərkən təhlükəsizlik məsələlərini hər zaman diqqətdə saxladığını vurğulayıb. O, jurnaliatlərin ermənilərin dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualına cavabında deyib: “Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib. Bundan sonra da belə olacaq”.
Nazir, həmçinin turnirdə bütün ölkələrin təhlükəsizliyin təmin olunacağına da diqqət çəkərək deyib: “Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə təşkil olunur".
Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabr tarixlərində keçiriləcək. Avqustun 15-də isə Kristal Zalda yarışın rəsmi açılış mərasimi baş tutacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"