Emin Cəfərov: Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında 1260 idmançı iştirak edəcək

post-img

Bakıda keçiriləcək Atıcılıq üzrə 53-cü Dünya çempionatı üçün 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.

E.Cəfərov dünya çempionatında idmançıların 55 növdə medallar uğrunda mübarizə aparacaqlarını açıqlayıb. Baş katib deyib: “Onlardan 12-si fərdi növdə olacaq. Hər fərdi növdə 4 atıcı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq”.

Qeyd edək ki, dünya çempionatı 14 avqust - 1 sentyabrda gerçəkləşəcək.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman