Bakıda atıcılıq üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransı başlayır

post-img

Bu gün Bakı Atıcılıq Mərkəzində 14 avqust-1 sentyabr tarixlərində Bakıda keçiriləcək Atıcılıq üzrə 53-cü Dünya Çempionatına hazırlıqla bağlı mətbuat konfransı öz işinə başlayır. 

Mətbuat konfransında dünya çempionatının loqo və maskotu təqdim ediləcək, media nümayəndələrini maraqlandıran suallara cavab veriləcək. 

Mətbuat konfransı saat 10.30-da başlayacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman