İnsan bədəninin qəribəlikləri

post-img

1. Gözlərimiz doğulandan ölənə qədər dəyişməz qalır. Bu, daim böyüyən qulaq və buru­nun tam əksi deməkdir. Əllər və ayaqlar isə həyat boyu böyüyür. 

2. Beyin ağrı hiss etmir. Bü­tün bədəndən ağrı məlumatı alsa da, beynin özündə onu hiss edən ağrı reseptorları yoxdur. Ağrı hiss edə bilməyən başqa bir orqan qaraciyərdir.

3. Bədəndə kifayət qədər minerallar var. Onlardan 900 qələm (kömür), 7 sabun qabı (yağ), 2 min 200 kibrit kükürdü (fosfor), 1 mıx (dəmir) hazırlamaq olar. 

5. Hər bir qulaqda 9 əzələ var. Qorxu zamanı qulaq daha çox kir buraxır.

6. Qaşqabaq tökmək üçün 43, yerimək üçün 200, ayaq üstə durmaq üçün 300 əzələ lazımdır. 

7. Sevdiyi insana baxanda insanın göz bəbəyi böyüyür. Nifrət edilən insanı görəndə də göz eyni reaksiya verir.

8. İnsanın beyin hüceyrəsi Britaniya Ensiklopediyasından 5 dəfə çox məlumat saxlaya bilir.

9. Beyinin 80 faizi sudan ibarətdir.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya