Hansı birincidir: telefon, yoxsa faks?

post-img

Faks telefondan əvvəl yaranıb. Faks aparatının prototipi hələ 1843-cü ildə kəşf edilib. 1865-ci ildə italyan Covanni Kasellinin cihazı Fransada və Rusiyada Moskva – Sankt-Peterburq arasında kommersiya məqsədilə istifadə olunub. “Panteleqraf” adlanan bu aparatda ötürülmə üçün təsvir xüsusi izolyasiya lakı ilə qurğuşun folqa üzərində çəkilirdi. Lakin bu texnologiya uğurlu olmayıb və öz yerini digər texniki ünsiyyət üsullarına verib. 

Faks rabitəsinin kütləvi inkişafı XX əsrdə mümkün olub. Bu, əvvəlcə teleq­rafın, sonra isə telefon və radionun meydana çıxması sayəsində mümkün olub. Məsələn, skanerləşdirilmiş və çap olunmuş material telefon vasitəsilə (mətn və şəkillər də), adətən, bir printer və ya digər çıxış cihaza bağlı bir telefon nömrəsinə ötürülə bilirdi. Beləliklə, hər iki tərəf tez ünsiyyət qururdu.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya