Professor Filip M. Parker internetdən alınan məlumatlardan istifadə edərək şablondan avtomatik olaraq kitablar yaradan “yazıçı” bot yaradıb. Parker iddia edir ki, onun proqramı artıq 200 mindən çox kitab “yazıb”: tibbi dərsliklər, iqtisadi kitabçalar, lüğətlər və hətta şeir kitabları.
Professor bu kitabları mütəmadi olaraq nəşr edir, həmçinin başqa şirkətlərə də xidmət göstərir. İddia edir ki, gördüyü işin gələcəyi var və vaxt gələcək ki, məqalələr yaratmaq üçün insanlara ehtiyac olmayacaq.
Xatırladaq ki, bot – “robot” sözünün qısaldılmış formasıdır və kompüterdə və ya vebdə tapşırıqları avtomatik yerinə yetirən proqram mənasını verir. Bu botları yaratmaqda əsas məqsədlərdən biri görüləcək işləri asanlaşdırmaqdır.
P.ƏFƏNDİ, “Xalq qəzeti”