ABŞ Rusiya ərazisinə pilotsuz uçuş aparatlarının hücumunu dəstəkləmir. Belə bir bəyanatla Ağ evin mətbuat katibi Karin Jan-Pyer çıxış edib. Məlumatı “İnterfaks.ru” verib.
“Moskvaya dron hücumlarına gəldikdə, biz aydın şəkildə bildirmişik ki, Rusiya ərazisinə hücumları dəstəkləmirik”, - deyə o, brifinqdə qeyd edib.
Xatırladaq ki, Moskva meri Sergey Sobyanin gecə saat 4 radələrində RF paytaxtına dronlarla iki qeyri-yaşayış binasına hücum edildiyini bildirmişdi.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”