Millimiz Ermənistan yığmasını darmadağın etdi

post-img

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir.

Azərbaycan Basketbol Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, "B" qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. 

Qeyd edək ki, qarşılaşmaya üstün başlayan yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib. U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyul Bakı vaxtı ilə saat 19:30 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq

Elçin ABBASOV,
"Xalq qəzeti"









İdman