Ukrayna sovet tipli hava hücumundan müdafiə sistemini tamamilə Qərb modelləri ilə əvəz etdiyini açıqlayıb

post-img

Ukrayna Silahlı Qüvvələri  hava hücumundan müdafiə bölmələrini Qərb sistemləri ilə tam təchiz etmək niyyətindədir, çünki sovet sistemləri üçün sursat və ehtiyat hissələrini doldurmaq çətindir. Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.

"Bəli, bu gün biz köhnə sovet silahlarının potensialını itiririk, çünki bir tərəfdən avadanlıq xarab olur, digər tərəfdən isə sovet zenit-raketləri daha azdır", - o, RBK-Ukraynaya müsahibəsində etiraf edib. - Hər halda, bizdə olan bütün sovet texnika parkını əvəz edəcəyik. Bunlar S-125, Buk-M1, C-300 müxtəlif modifikasiyalardır ki, gələcəkdə onlara arxalana bilməyəcəyik”.

Onun sözlərinə görə, üstünlük SAMP-T, Patriot, Iris-T, NASAMS, Crotale raket sistemlərinə, həmçinin Gepard zenit toplarına verilib. Eyni zamanda, Y.İqnat etiraf edib ki, Ukrayna bu sistemləri döyüş şəraitində sınaqdan keçirmək üçün sınaq meydanına çevrilib: "Burada biz əslində Qərb silahlarını sınaqdan keçiririk və onların necə işlədiyini göstəririk".

"Xalq qəzeti"

Ordu