Gürcüstan bankları "Unistream" pul köçürmələrinə xidmət göstərməyi dayandırıb

post-img

Gürcüstanın ən böyük bankları ABŞ-ın sanksiyalarına məruz qalan Rusiyanın “Unistream” ödəniş sistemində pul qəbulunu və göndərilməsini dayandırıb.

TBC bankları, Liberty, Bank of Georgia, Credo Bank və Basisbank-dan TASS müxbirinə verilən məlumata görə, cümə günü səhər saatlarında "Unistream" sistemi işini dayandırıb.

Həmçinin Gürcüstanda çoxlu filialları olan və pul köçürmələri almaqda əcnəbilər arasında məşhur olan “Rico Credit” mikromaliyyə təşkilatında ödəniş sisteminə xidmətdə nasazlıq qeydə alınıb.

Xatırladaq ki, sanksiya siyahısına Tinkoff, Loco-Bank, Sankt-Peterburq Sosial Kommersiya Bankı, Solidarity və Unistream daxildir.

"Xalq qəzeti"

İqtisadiyyat