“Sumqayıt” “Sivasspor”la yoxlama oyunu keçirəcək

post-img

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında iştirak edən “Sumqayıt” futbol klubunun yoxlama oyununda qarşılaşacağı rəqiblərindən biri dəqiqləşib. 

Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilir ki, “gənclik şəhəri” təmsilçisi Super liqada çıxış edən “Sivasspor”la yoxlama görüşü keçirəcək. Matç iyulun 23-də baş tutacaq. 

Qeyd edək ki, “Sumqayıt” futbol klubu iyulun 27-dək Ərzurum şəhərində təlim-məşq toplanışında olacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman