Antalya hava limanında sərnişin sayında rekord qeydə alındı

post-img

İyulun 15-də Antalya Hava Limanında 207 min 84 sərnişinlə bütün zamanların rekordu qırılıb.

Antalya valisi Ersin Yazıcı sosial media hesabından etdiyi paylaşımda "15 iyul şənbə günü Antalya hava limanımız 97 min 900-ü beynəlxalq sərnişin olmaqla cəmi 207 min 84 sərnişinlə bütün zamanların sərnişin rekordunu qırdı. Antalyada hədəflərimizi yüksəltməyə və rekordları qırmağa davam edəcəyik”, – deyib.

Digər tərəfdən, eyni gündə hava limanından 1164 uçuş həyata keçirilib.

Anar ƏLİ,

“Xalq qəzeti”

 

Dünya