Dünya Qadın Seriyasının Bordo mərhələsində "Neftçi" klubunun təmsil olunacağı qrup və oyun təqvimi müəyyənləşib
Qeyd edək ki, 19-20 iyul tarixlərində Fransanın Bordo şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Bordo mərhələsində iştirak edəcək təmsilçimiz "Neftçi", "C" qrupunda Fransa və Polşa milliləri ilə mübarizə aparacaq. "Neftçi" klubu qrupda ilk oyununu 19 iyul Bakı vaxtı ilə saat 21:35 -də Fransa seçməsinə qarşı keçirəcəkdir. Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar
Elçin ABBASOV,
"Xalq qəzeti"