Kikboksçumuz Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarında uğurlu çıxışını davam etdirir. Yarışda 63,5 kiloqram çəki dərəcəsində rəqib tanımayan idmançımız yarımfinalda Norveç təmsilçisi Milton Ameriko Barrios Qalarettadan da üstünlüyünü nümayiş etdirib. Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Kikboksçumuz iyulun 2-də həlledici mərhələdə mübarizə aparacaq.
“Xalq qəzeti”