İdman Kompleksindən “Xalq qəzeti”nə bildiriblər ki, genişmiqyaslı tədbirlərə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid və qazi, eləcə də aztəminatlı ailələrin övladları da daxil olmaqla 60 gənc cəlb olunub. Düşərgədə təşkil edilən idman və intellektual yarışlar, milli adət-ənənələri təbliğ edən maraqlı, əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər və diskussiyalar böyük marağa səbəb olub. Gənclər və İdman Nazirliyi tərəfindən iyunun 27-dən startı verilən düşərgə iyulun 2-dək davam edəcək.
“Xalq qəzeti”