“Krakov-2023”: daha bir qızıl medal

post-img

Polşada III Avropa Oyunları davam edir. İyunun 23-də 36 medal dəsti sahibini tapıb. 

Azərbaycan idmançıları bu növlərdən boks, taekvondo, karate və kamandan oxatmada qüvvələrini sınayıblar. 

Yarışda uğurla çıxış edən karateçi­miz İrina Zaretska (68 kq) bütün rəqiblə­rinə qalib gələrək, qızıl medala yiyələnib. Bununla da idmançımız Avropa Oyun­larının ikiqat qalibi adına layiq görülüb. Ondan fərqli, Asiman Qurbanlı (84 kq) ya­rımfinalda mübarizəni dayandırdığından bürünc medalla kifayətlənib. Ümumilikdə karate yığmamız 3 medal qazanıb. 

Qeyd edək ki, bundan əvvəl ka­rateçimiz Tural Ağalarzadə (67 kq) yarışı qızıl medalla başa vurub. Komandamızın digər üzvü, taekvondo­çu Qaşım Maqomedov (58 kq) Polşada üçüncü yeri tutub. 

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın id­mançı mübarizə aparır. Azərbaycan “Kra­kov-2023”də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

 Leyla SABİRQIZI, Xalq qəzeti”

İdman