Xüsusi olimpiyaçılarımızın növbəti qələbələri

post-img

Almaniyanın Berlin şəhərində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında komandamızın çıxışı davam edir. Yığmamız növbəti medallarını cüdo və stolüstü tennis növləri üzrə qazanıb. 

Təmsilçimiz Kamran Quliyev (60 kq) finala qədər uğurla irəliləsə də, həlledi­ci mərhələdə Kot-d’İvuar idmançısına məğlub olaraq, ikinciliklə kifayətlənib. Stolüstü tennis üzrə idmançımız Ülkər Quliyevanın da çıxışı uğurlu alınıb. Fər­di yarışlarda yalnız finalda uduzan təm­silçimiz gümüş medala layiq görülüb. 

Qeyd edək ki, bundan əvvəl üzgü­çülük, pouerliftinq və gimnastika növlə­rinin hərəsində idmançılarımız 4 medal qazanıblar. 

Leyla SABİRQIZI, Xalq qəzeti”

İdman