“Berlin-2023”də gimnastımız medal qazandı

post-img

Almaniyanın Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara yekun vurulub. 

Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda topla hərəkətlərdə qızıl medal qazanıb. Gürzlər və halqa ilə hərəkətlərin icrasında, eləcə də çoxnövçülük proqramında isə idmançımız bürünc medallara yiyələnib.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman