İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılması Ermənistana baha başa gəldi. Ölkə bu idman növü üzrə 2024-cü il dünya çempionatına evsahibliyi şansından məhrum edildi.
Qeyd edək ki, bayrağımıza qarşı həqarətli münasibəti törədən şəxs Ermənistan vətəndaşı, ölkənin tanınmış dizaynerlərindən biri Aram Nikolyan olub. Ermənistanın 2024-cü il ağırlıqqaldırma üzrə dünya çempionatına evsahibliyi şansından məhrum edilməsinə gəlincə, deməliyik ki, əslində məsələnin yalnız rəsmiləşməsi qalmışdı. Yəni, Ermənistanın adı həmin çempioanatı keçərəcək ölkə olaraq açıqlanmalı idi. Ancaq Azərbaycan Ağır Atletika Federasiyasının səyləri ilə bunun qarşısı alınıb. Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin Kubada keçirilmiş iclasında 2024-cü il çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi barədə qərar çıxarılıb.
R.AMİN

