“Xalq qəzeti”nin 19 may və 1 iyun 2023-cü il tarixli nömrələrində “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin “Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınması üçün dərc edilmiş açıq tenderində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 may 2023-cü il tarixli 164 nömrəli qərarını (iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il iyunun 27-si və 30-u iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilmişdir) nəzərə alaraq ilkin sənədlərin qəbulu vaxtı 27 iyun 2023-cü il saat 16.00 tarixi dəyişdirilərək 24 iyun 2023-cü il saat 16.00-a təyin edilmişdir.
Qeyd etmək lazımdır ki, malgöndərənlərin təkliflərinin qəbulu (təkliflərin qəbulu 7 iyul 2023-cü il və təkliflərin açılış tarixi isə 10 iyul 2023-cü il) və açılışı tarixləri dəyişilməz olaraq qalır.
Tender komissiyası

