Türkoloq alimin yubileyi

post-img

Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru, Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri Elman Quliyevin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Azərbay­can Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu açaraq yu­bilyarın həyatı, yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, Elman Quliyevin yaradıcılığının əsas xəttini Türk dünyası ədəbiyyatının öyrənil­məsi təşkil edir.

ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, pro­rektor Mahirə Hüseynova, Milli Məcli­sin deputatları Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Qəzənfər Paşayev, Le­rik Rayon İcra Hakimiyyətinin başçı­sı Əkbər Abbasov, yazıçı-dramaturq Hüseynbala Mirələmov və başqaları çıxış edərək müəllifin Azərbaycan ədəbiyyatının çağdaş mərhələsini əhatə edən ədəbiyyatşünaslıq sahə­sindəki araşdırmalarından danışıb­lar. Bildirilib ki, Elman Quliyev bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərlə­ri Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir. Onun çoxsaylı tədqiqat əsərlərinin elmi ictimaiyyət tərəfindən haqlı təqdir olunduğu nəzərə çatdırıl­mışdır. Elman Quliyevin monoqrafi­ya, dərslik və dərs vəsaitləri ölkəmi­zin universitetlərində mötəbər tədris materialı olaraq sevilə-sevilə oxunur, bəhrələnilir və təqdir olunur. 

Sonda Elman Quliyev çıxış edərək ona göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 

Leyla AZAD, “Xalq qəzeti

Sosial həyat