“Sahə” böyük ekrana qayıtdı

post-img

“Azərbaycan” kinoteatrında milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə rejissor İlqar Safatın “Sahə” bədii filmi nümayiş olunub. 

Bu film hələ 2008-ci ildə Azərbay­candan “Narimanfilm”, Gürcüstandan “Georgiafilm” və “Bagirafilm” kino şirkət­lərinin birgə əməkdaşlığı çərçivəsində müştərək layihə üzrə istehsal olunsa da, “YouTube” platformasına qoyulma­yıb. Mədəniyyət Nazirliyinin də maliyyə dəstəyi ayırdığı ekran əsərində hər iki ölkənin aktyorları iştirak ediblər. 

“Sahə” filminin ideyasının necə yaranmasından danışan İlqar Safat bildirib ki, bu onun tammetrajlı bədii debütüdür və misteriya janrında arxeti­pik bir hekayədir. Sənət əsərində şüur axını fəndindən istifadə olunub. Rollara Xalq artisti Məmməd Səfa, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, Əməkdar artist Sonaxanım Mikayılova, aktyorlar Midhət Aydın, Timur Oduşev, Zaza Bejaşvili və Melissa Papel çəkilib­lər. Filmin operatorları Konstantin Esa­dze, Varlam Karçxadzedir.

 

 Ə. DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət