Yığmamızın şef-de-missionu müəyyənləşib

post-img

“Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri (şef-de-mission) müəyyənləşib.

Azərbaycan Milli Paralimpiya Ko­mitəsinin beynəlxalq əlaqələr və mar­ketinq şöbəsinin müdiri Rüfət Hacılı “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına yollanacaq nümayəndə heyətinin rəhbəri təyin olunub.

Rauf Hacılı 2023-cü ildə X bey­nəlxalq Abilimpiya çempionatında iş­tirak etmiş Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.

Qeyd edək ki, XVII Yay Paralimpi­ya Oyunları gələn il avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

İdman