Patimat Abakarova da qələbə qazandı

post-img

Bu gün Kristal Zalda taekvondo üzrə 26-cı dünya çempionatının üçüncü gününün görüşləri çərçivəsində taekvondoçularımızdan qadın taekvondoçumuz Patimat Abakarova dayanq üzərinə çıxıb. 49 kiloqram çəki dərəcəsində mübarizə aparan P.Abakarova rəqibə çətin anlar yaşadıb. Belə ki, ilk raund həmyerlimizin xeyrinə başa çatsa da, ikinci raundda Yaponiya təmsilçisi hesabı bərabərləşdirib. Lakin üçüncü döyüşdə Abakarova rəqibə şans verməyib. Ümumi hesab Azərbaycan taekvondoçusunun ( 2:1) xeyrinə başa çatıb.

Qeyd edək ki, növbəti döyüşdə həmyerlimiz Taleh Süleymanov dayanq üzərinə çıxacaq. 87 kq çəkidə mübarizə aparacaq Taleh Süleymanov yarışa on altıda bir finaldan qoşulacaq. İlk görüşdə onun rəqibi Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün qalibi olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman