“Qarabağ” komandası Premyer Liqanın XXXVI turunda qələbə qazanmaqla növbəti uğura imza atıb. Belə ki, yığma Azərbaycan çempionatlarında 300-cü ev qələbəsinə nail olub.
Qurban Qurbanovun yetirmələri mövsümün son matçında “Turan Tovuz”a qalib gəliblər – 3:1.
Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.