Bakıda taekvondo üzrə dünya çempionatı keçirilir

post-img

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatı start götürüb.

Çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar. Birinci gün çəki dərəcələri üzrə kişilərin yarışında 87, qadınların mübarizəsində isə 59 idmançı olacaq.

Dünya çempionatının açılış günündə Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. Mundialın rəsmi açılış mərasimi saat 16:30-da start götürəcək. Yarış iyunun 4-dək davam edəcək.

E.ABBASOV,

"Xalq qəzeti"

İdman