Baş katib: Dünya çempionatında nəticələri uğursuz hesab edirik

post-img

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında  Azərbaycan komandasının nəticəsini uğursuz hesab edirik.

“Xalq qəzeti”nin məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə bildirib.

Yığmamızın böyük potensialının olduğunu qeyd edən federasiya rəsmisi uğursuzluğun səbəbləri barədə danışıb. Qeyd edib ki, cüdoçularımızın növbəti yarışlarda yüksək səviyyədə çıxışını təmin etmək üçün bütün bunlar nəzərə akınacaq.

Baş katib qadın idmançıların da yarışda çıxışlarına toxunub. Kişilərə olduğu kimi, qadınlara da maksimum şəraitin yaradıldığını deyən mütəxəssis onlardan da daha yaxşı nəticələr gözlədiklərini vurğulayıb: “Qadınlardan ikisi  yarışda debüt edirdi. Əslində  qadınların çıxışını qənaətbəxş hesab etmək olar. Onların ilk dəqiqələrdə məğlub olmayıb sona qədər mübarizə aparmaları yaxşı haldır”.

Xatırladaq ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatına Azərbaycan komandası 1 bürünc medsl qazanıb. 

Leyla Qurbanova,
“Xalq qəzeti”

İdman