Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinin Avrasiya məsələləri üzrə xüsusi elçisi Li Hui ilə görüşündə Ukraynanın müharibənin dondurulması ilə bağlı heç bir təklifi qəbul etməyəcəyini vurğulayıb.
Nazir Kuleba Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan davamlı və ədalətli sülhün bərpası prinsipləri haqqında Li Huini ətraflı məlumatlandırıb.
Kiyevə səfər edən Li Hui ilə görüşdə, həmçinin, Ukrayna və Çin arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”