"Bazel" "Fiorentina"nı, "Vest Hem" isə "Az Alkmaar"ı sınağa çəkəcək

post-img

Bu axşam UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Bu axşamki matçlardan sonra turnirdə finalçılar müəyyənləşəcək.

İsveçrənin "Bazel" klubu ilə İtaliyanı" "Fiorentina" komandaları arasında keçiriləcək cavab matçını istaniyalı hakom Xose Mariya Sançes idarə edəcək.  

Onuda qeyd edək ki, İtaliyada keçirilən ilk görüşdə "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "Bazel" klubu oyuna bir qədər üstün çıxacaq. Bu səbəbdən də "Sankt-Yakob Park" stadionunda "Bazel" komandası doğma meydanda sahib olduğu hazırkı üstünlüyü qorumağa çalışacaq.

Yeri gəlmişkən, bu axşam yarımfımfinalın digər qarşılaşmasındaa İngiltərənin "Vest Hem" klubu  Niderlandın "AZ Alkmaar" komandasını sınağa çəkəcək.  Oyunu slovakiyalı referi İvan Krujlyak idarə edəcək. 

Xatırladaq ki, bu komandalar arasındakı ilk matç  "Vest Hem"in 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman