Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib

post-img

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

İqor Konaşenkov bildirib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər Ukrayna silahlı qüvvələrinin 427 təyyarəsi, 233 helikopteri, 4197 PUA-sı, 422 zenit-raket kompleksi, 9206 tank və digər zirehli texnikası, 1100 reaktiv yaylım atəş sistemi, 4837 artilleriya və minaatanı, 10 267 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi bir ildən çoxdur ki, davam edir.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya