Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Təxirə salınmış oyunda “Sumqayıt” komandası “Sabah”ı qəbul edib. “Kapital Bank Arena”da keçirilən matçda “Sabah” “Sumqayıt”ı böyük hesabla məğlub edib (4-0).
Hazırda paytaxt klubu 80 xalla turnir cədvəlində ikinci, “Sumqayıt” isə 28 xalla səkkizinci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
Leyla SABİRQIZI, “Xalq qəzeti”