Qədim iksir – şam qozaları

post-img

Fitoterapevtlərin fikrincə, şam ağacının qozalarından ağciyər və allergik xəstəliklərdə–xroniki ağciyər çatışmazlığında, allergik bronxit, astma, pnevmaniyanın müxtəlif növlərində (adi və ya iltihablı) və vərəmdə istifadə olunur. O, həmçinin yüksək xolesterini aşağı salır, həzmə kömək edir.

Şirəni hazırlamaq üçün qozalar yuyulub, qurudulur. Üç ədəd qoza 3 stəkan suda 10 dəqiqə qaynadılır. Süzülüb yeməkdən yarım saat qabaq içilir.

Bundan başqa, qozanı qaynadaraq, buxa­rı ilə burun qaşınmaları, axmaları və tutul­malarında, öskürək zamanı qarqara təbii in­halyasiya etmək olar. Qozalardan, həmçinin mürəbbə və doşab da hazırlanır.

Allergiyası olanlar yazda ağacların toz­lanması zamanı havada uçan zərrəciklərdən əziyyət çəkirlər. Mütəxəssislərin fikrincə, şam ağaclarının tozlanmasının allergik xəstə­liklər üçün heç bir zərəri yoxdur. Əksinə, bu tozcuqlar havada uçaraq “dişi” tozcuqlarla birləşir və mayalanır.

Qeyd edilən erkək tozlar daxili xəstəlik­lərin sağalmasında böyük rol oynayır. Həmin tozlardan 200 qram toplayıb 1 kiloqram bala qatılsa, immun sisitemini artıran mükəmməl vasitə əldə edilər.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat