Boksçumuz dünya çempionatında bürünc medal qazanıb

post-img

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilir.

"Xalq qəzeti" xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin heyətində Alfonso Dominqesin (86 kq), ardınca isə Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıblar.

Məhəmməd Abdullayev 1/2 finalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından M.Abdullayev dünya çempionatının bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatıdır.

Qeyd edək ki, daha öncə A.Dominqes yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək.

Qarşılaşma mayın 14-də olacaq.

İdman