Valerien İsmael “Uotford”u çalışdıracaq

post-img

Ötən ilin mart-oktyabr aylarında “Beşiktaş”ın çalışdırıcısı olmuş Valerien İsmael İngiltərənin 2-ci divizionunun (Çempionat) komandası olan “Uotford”la müqavilə imzalayıb. 

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki, artıq diqqətini 2023-2024-cü illər mövsümünə yönəldən “Uotford” klubunun 47 yaşlı fransız məşqçisi ilə yeni müqavilə bağlanıb. Müqavilənin detalları tam açıqlanmayıb. 

Karyerasında “Hannover”, “Volfsburq”, “Nürnberq”, “LASK Linz”, “Barnsley” və “West Bromwich” komandalarını çalışdıran İsmael 26 oktyabr 2022-ci ildə yollarını ayırdığı Beşiktaşda 7 ay çalışıb.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 

İdman