Çexiya Ukraynaya HHM sistemləri bağışlayacaq

post-img

Çexiya yaxın vaxtlarda Ukrayna silahlı qüvələrinə iki ədəd “Kub” hava hücumundan müdafiə (HHM) sistemini təhvil verməyi planlaşdırır. Bu barədə Çexiya Prezidenti Petr Pavel mətbuata açıqlamasında deyib.

Prezident bildirib ki, həmin komplekslər Ukraynaya pul qarşılığında satılmayacaq, əməkdaşlığa nümunə kimi hədiyyə ediləcək.

P.Pavel, bunlardan başqa, Ukrayna ordusunun quru bölmələrinin hərəkətlərini dəstəkləmək üçün Kiyevə yüngül “L-159” hücum təyyarələri bağışlamağı da məqsədəuyğun hesab edib.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

Dünya