Bu gün UEFA Avropa Liqasında yarımfinalın ilk oyunlarına start veriləcək

post-img

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları start götürəcək. Bu mərhələnin hər iki qarşılaşması eyni gündə keçiriləcək.

İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniyanın  "Sevilya" klubunu,  "Roma" isə Almaniyanın "Bayer" komandasını sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Onu da əlavə edək ki, komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"



İdman