Tanınmış şahmatçıların 100 lövhədə seansları

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan şahmat üzrə seans təşkil edilib. Dənizkənarı Bulvarda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak ediblər. 

Seans zamanı üçqat Avropa çempi­onu, gənclər arasında ikiqat dünya çem­pionu Şəhriyar Məmmədyarov, üçqat Av­ropa çempionu, Dünya kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda, müxtəlif yaş qrupları üzrə dün­ya, Avropa çempionatının qalib və mü­kafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıblar. İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qa­zanıblar. 

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda da təşkil olunacaq. 

 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman