Komandamız Portuqaliyada bürünc medal qazanıb

post-img

Avropa çempionatına sayılı günlər qalmış bədii gimnastika üzrə qrup hərəkətlərində yığmamızın üzvləri ölkəmizə medal sevinci yaşadıblar. Portuqaliyanın Portimao şəhərində keçirilən “Challenge” seriyasına aid dünya kuboku yarışlarında ölkəmizi təmsil edən qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çoxnövçülük proqramında bürünc medal qazanıblar. 

“Trend” Azərbaycan Gimnastika Fe­derasiyasına istinadla xəbər verir ki, beş halqa, üç lent və iki topla hərəkətlərin icrasında finalda mübarizə aparan təm­silçilərimiz ümumilikdə 61 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb­lar. 

Fərdi proqramda ən yaxşı nəticəni isə Zöhrə Ağamirova göstərib. Belə ki, topla (31.100 xal) və halqa (28.300 xal) ilə hərəkətlərin icrasında finala yüksələn idmançımız müvafiq olaraq 6-cı və 7-ci yerləri tutub. 

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

İdman