“Twitter”: Köhnə hesablarınız silinə bilər

post-img

İlon Mask “bir neçə il” fəaliyyətsiz qalan “Twitter” hesablarını silmək planlarını açıqlayıb. 

İnsanlar artıq dünyasını dəyişən qohumlarının hesablarına girə bilmək şansını itirməkdən qorxduqları üçün atılan bu addımı tənqid ediblər. 

Bütün bu tənqidləri nəzərə alaraq Mask köhnə hesabları silmək əvəzinə onların arxivləşdiriləcəyi barədə məlu­mat verib. 

Məlumatda həmçinin bildirilir ki, istifadəçilər özlərinin və ölən qohum­larının “Twitter” hesablarına ən azı 30 gündən bir daxil olmalıdırlar. Lakin bu qaydalara əməl olunmazsa, hərəkət­siz qaldıqları təqdirdə hesablar daimi olaraq silinə bilər. 

M.QƏRİBOV, “Xalq qəzeti”



Son xəbərlər