XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq

post-img

Bu həftə Misli Premyer Liqasında XXXIV turun oyunları start götürəcək. Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayevin mediaya açıqlamasında bildirilir ki, XXXIV turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

O, “Qarabağ”ın əvəzedici komandasının və Azərbaycanın U-21 millisinin vəfat edən oyunçusu Şirxan Həsənzadənin matçlarda yad olunacağını bildirib.

Premyer Liqada XXXIV turun matçları 12, 13, 14 və 17 mayda olacaq. Belə ki, mayın 12-də Zirə idman Kompleksi stdionunda “Zirə” komandası “Kəpəzi” qəbul edəcək. Matç saat 19:00-da start götürəcək.

Turun digər iki qarşılaşması isə mayın 13-də baş tutacaq. Həmin gün “Qəbələ” klubu doğma meydanda “Turan Tovuz”u sınağa cəkəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da  başlayacaq. Həmin gün saat 20:30-da ASCO Arenada “Səbail” klubu lider “Qarabağ”la qarşılaşacaq. 

Mayın 14-ü bazar günü isə “Neftçi” autsayder “Şamaxı”nı qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, tura “Sumqayt”-“Sabah” oyunu ilə yekun vurulacaq. “Kapital Bank Arena”da keçiriləcək görüş mayın 17-si  saat 00:00-da başlayacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman